Beynəlxalq Banka qadağa – Köçürmələr dayandırıldı

img

27-10-2017 [15:19]


Azərbaycan Beynəlxalq Bankı daha bir problemlə üzləşib.

Unikal.org bildirir ki, Avropa banklarından bütün köçürmələrə "stop” qoyulub. Artıq ABB-dakı hesablara xaricdən köçürmə etmək mümkün deyil.

Beynəlxalq Bankın Almaniyadakı partnyoru "Commerzbank”ın bu ölkədəki banklara göndərdiyi məlumatda köçürməyə qoyulan qadağanın müddətsiz olduğu vurğulanır. Bir müddətdir Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi gündəmdədir. Yəni, söhbət bank üzrə xaricilərə olan borcların geri ödənişi sahəsində irəli sürülən yeni şərtlərdən gedir.

Xaricdən köçürmələrin dayandırılması bu məsələ ilə də əlaqələndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA