Gələn ilin büdcəsi nə qədər ədalətli bölünəcək? - Ekspertdən şərh

img

25-10-2017 [14:34]


2018-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyi neft, 44 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq.

Mia.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, gələn il büdcə gəlirlərinin hər 100 manatından 29 manat 94 qəpiyini Vergilər Nazirliyi, 12 manat 9 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq. Büdcəyə çatacaq hər 100 manatdan 3 manat 70 qəpiyini də cərimə və sanksiyalar hesabına toplanacaq.

Büdcənin xərcləri istiqamətinə gəlincə, ekspert deyib ki, gələn il hər 100 manatdan 38 manatı tikintiyə, 19 manat 50 qəpiy müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA