34 yaşlı kişi özünə od vurdu - Ailə üzvləri ilə mübahisədən sonra...

img

24-10-2017 [10:42]


 Yevlax rayonunun mərkəzində kişi ailə münaqişəsi zəminində özünü yandıraraq öldürüb.

Mia.az "Report"a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Zeynalov Rubail Nizami oğlu ailə üzvləri ilə mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırıb.

Çoxsaylı yanıq xəsarətləri alan R.Zeynalov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA