Qaçan məhkumlardan biri "Masallı Mamed”lə "Qoca” adamıdır - Maraqlı faktlar + FOTOLAR

img

23-10-2017 [10:23]


Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kirmina aləmə yaxın şəxSdir.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami "Masallı Mamed”lə "Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka”dan sonra saxlanılıb. 

Həmin görüşdə "Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla” kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə "Hüsyenov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Bu hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA