"BakuBus" zərərlə işləyir? - Bir idə 55 milyonluq fərq...

img

23-10-2017 [09:57]


2016-cı ildə "BakuBus" MMC-nin aktivlərinin həcmi 226,143 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 7,73% azdır.
 
"APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkətinin ötən il üzrə audit hesabatında qeyd edilib.
 
MMC-nin öhdəlikləri 9,8% azalaraq 177,967 mln. manat təşkil edib.
 
Hesabat dövründə dövlət müəssisəsinin nizamnamə kapitalı 39,84% azalaraq 18,049 mln. manata endiyi halda, dövlət investisiyalarının məbləği 58,41% artaraq 181,697 mln. manata çatıb. 31 dekabr 2016-cı il tarixinə MMC-nin yığılmış zərəri 151 mln. 569,938 min manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 54,638 mln. manat və ya 56,37% çoxdur. 

Beləliklə, dövlət şirkətinin cəmi kapitalı 48,177 mln. manat olub.
 
2016-cı ildə MMC-nin xalis zərəri 54 mln. 637,619 min manat təşkil edib. 2015-ci ildə bu rəqəm 92 mln. 260,805 min manat idi.
 
"BakuBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA