Müsavatla AXCP-nin 100 nəfərlik vahid namizəd siyahısı gələn həftə hazır olacaq

img

20-08-2010 [05:55]


Məlum olduğu kimi, AXCP ilə Müsavat arasında parlament seçkilərində vahid namizəd siyahısı ilə iştirak etmək istiqamətində danışıqlar davam etdirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu danışıqlar davam etdirilsə də, müəyyən problemlər yaşanmaqdadır. İki gün öncə isə Müsavatla AXCP-nin 70 dairədən vahid namizəd siyahısı açıqlanmışdı. Amma tərəflər bunun hüquqi əsası olmadığını bildirdilər. Amma gələn həftə yekun qərarlar veriləcək. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, gələn həftə AXCP ilə Müsavat Partiyası parlament seçkilərilə bağlı namizədlərin tam siyahısını açıqlaya bilər. AXCP yetkilisi onu da bildirib ki, hazırda bəzi dairələrdə namizədlər üst-üstə düşdüyündən müzakirələr gedir. Müzakirələr başa çatdıqdan, qərar verildikdən sonra yekun siyahı açıqlanacaq. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı da yekun siyahının gələn həftə açıqlanacağının mümkün sayıb. Müsavat funnksioneri AXCP və Müsavatın ən az 100 dairədən vahid namizəd siyahısı ilə seçkiyə getməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA