“Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!” - Xəbərdarlıq

img

20-10-2017 [13:55]


"Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sərksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir. Odur ki, Sərksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasındakı çıxışı zamanı belə dedi. Düşmənə xəbərdarlıq edən deputat qeyd etdi ki, artıq 90-cı illər deyil: 

"O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu. İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”



Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA