DUi-yə daxil olan partiyalardan biri parlament seçkilərini boykot edə bilər

img

20-08-2010 [05:48]


MQP Böyük Məclisinin başqanı Asif Ozan parlament seçkiləri ərəfəsindəki durumla əlaqədar bəyənatla çıxış edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyənatda deyilir:? MQP-nin parlament seçkilərində iştirakla bağlı qərarı olsa da, son siyasi situasiya partiya rəhbərliyində müxtəlif və fərqli fikirlərin ortaya çıxmasına səbəb olub. Böyük Məclisin üzvləri arasında boykot tərəfdarları meydana gəlib və mən də onlardan biriyəm. Biz belə hesab edirik ki, seçki qanunları təkmilləşdirilmədən, MSK-nın tərkibi paritet əsaslarla təşkil olunmadan və normal mübarizə mühiti yaradılmadan seçkilərdə iştirak mənasızdır, hakimiyyətin saxta seçkilərinə legitimlik gətirməkdən başqa bir şey deyil. Eyni zamanda müxalifət daxilindəki oyunlar, bəzi siyasi liderlərin oyunbazlığı və şəxsi mənafelərini milli maraqlardan üstün tutması nəticəsində böyük birliyin alınmaması, bu dəfə də prosesin dar çərçivədə və proyekt maraqları üçün yönəldilməsi qarşıdakı siyasi prosesdə iştirakın əhəmiyyətsizliyini ortaya qoyur. Biz MQP rəhbərliyində boykot istiqamətində müzakirələrin aparılmasını tələb edirik və partiyamızı iqtidarla öz müxalifətinin növbəti siyasi şousunda iştirak etməməyə çağırırıq?. Qeyd edək ki, MQP DUİ-ə daxil olan partiyalardan biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA