Röya və Zamiq Lənkəranda çaxnazmaya düzüblər

img

20-08-2010 [05:01]


?Doğma diyar? ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq 19 avqustda Lənkəran şəhərində Mərkəzi meydanda açıq havada konsert proqramı ilə çıxış ediblər. Bu dəfə də konsertdə Samir Bayramlı və Sevinc Ağaşirinova aparıcılıq missiyasını yerinə yetirib. 12 mindən çox tamaşaçının izlədiyi konsertdə sənətçilər Röya və Zamiqi heyrətə salan məqamlar olub. Tamaşaçı izdihamı konsertin sonuna qədər davam edib və insanlar öz sevdikləri müğənnilərini görməkdən ötrü səhnənin önündə əsl çaxnaşma yaradıblar. İki saat yarımlıq proqramı Lənkəran rayon icra hakimiyyətinin nümayəndələri də izləyiblər. Layihənin və ?Ulduz? prodakşnın rəhbəri Kənan Bayramov açıqlamasında problemli məqamlara da toxunub: ?Bu qədər gözəl konsert təəssüf ki, işinin öhdəsindən gələ bilməyən məsul şəxslərin səyi nəticəsində pərakəndəliyə məruz qaldı. Onlar İcra hakimiyyəti rəhbərinin göstərişinə əməl etmədikləri üçün təşkilati işlər aşağı səviyyədə idi. Biz istəyirdik ki, Lənkəranda bir neçə gün qalaq, lakin vəziyyətdən çıxış yolunu konsert bitdikdən sonra evə gəlməkdə gördük?. Qeyd edək ki, konsert turu 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən ?Doğma diyar? konsert turunun ?NarMobile? tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığına işarə edir. Konsertlərdə iştirak edən sakinlər NarMobile-dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, NarMobile abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər. ?Nar Mobile?ın sponsorluğu, ?Ulduz? prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə ilə keçirilən ?Doğma diyar? layihəsinin informasiya dəstəyi ?RÖYA? jurnalına, eksklüziv yayım hüququ isə ?LİDER TV?-yə məxsudur. Növbəti konsert avqustun 23-də Yevlaxda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA