Yürüşə icazə verilmədi - Abutalıbovdan Müsavata "yox"

img

19-10-2017 [11:44]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.

Meriya yürüşün keçirilməsinə razılıq verməyib. BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.
Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA