Salyanda maşın iki piyadanı vurdu - 10 yaşlı uşaq öldü

img

19-10-2017 [10:08]


Salyan rayonunda avtomobil iki piyadanı vurub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. 

Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu  Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci xəstəxanaya hadisəni törədən sürücünün çatdırdığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA