ATƏT-dən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yaydı - Mətn

img

17-10-2017 [21:18]


"Avstriyanın ATƏT-dəki sədrliyi  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşnü diqqətllə izləyib". 

Bu barədə ATƏT sədrliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. 

Bəyanatda daha sonra deyilir:

"Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. 

Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün səylərini bundan sonra da dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA