Almaniya klubu Azərbaycan təmsilçisinin qapısından 7 top keçirdi ? 4:0

img

20-08-2010 [11:38]


Ağdamın ?Qarabağ? klubu futbol üzrə Avropa Liqasının ?pley-off? mərhələsində ilk oyununu keçirib. Lent.az-ın məlumatına görə, ?Qarabağ? Almaniyanın Dortmund şəhərində ?Borussiya? ilə üz-üzə gəlib. ?Signal İduna Park? stadionunda baş tutan meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib ? 4:0. ?Borussiya? bu nəticəni elə ilk yarıdaca təmin edib. 13-cü dəqiqədə Şinji Kaqava hesabı açıb. O, Georgi Adamiyanın itirdiyi topu ələ keçirərək, uzaqdan qapıya güclü zərbə endirib. Qapıçı Fərhad Vəliyev topa toxunsa da, onun tora getməsinin qarşısını ala bilməyib. Bundan 7 dəqiqə sonra Emin İmaməliyev topu əldən verib. Bu dəfə Lukas Barrios uzaqdan vurduğu o qədər də güclü olmayan top Vəliyevin kobud səhvi nəticəsində qapıya daxil olub. Sonrakı iki qolu da elə bu futbolçular vurub. 28-ci dəqiqədə Barrios, 41-ci dəqiqədə isə Kaqava baş zərbələri ilə fərqlənib. İkinci yarıya ?Qarabağ? iki əvəzləmə ilə başlayıb. Baş məşqçi Qurban Qurbanov hücumda heç nə ilə yadda qalmayan Rauf Əliyevi Vüqar Nadirovla, zədəli Əfran İsmayılovun boşluğunu doldura bilməyən Emin İmaməliyevi isə Namiq Yusifovla dəyişdirib. Lakin ?Qarabağ?ın oyunda təsəlli qolu vurmaq istəyi də alınmayıb. Əvəzində ?Borussiya? oyun ərzində sayılmayan 3 qol vurub. Beləliklə, Avropa Liqasında ilk 3 təsnifat mərhələsini keçməyi bacaran ?Qarabağ? ?pley-off?un ilk oyununda böyük hesabla uduzaraq, avqustun 26-da Bakıda baş tutacaq cavab qarşılaşmasının əhəmiyyətini xeyli azaldıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA