23-cü Polis Bölməsinin sabiq rəisi saxlanılıb - Səbəb

img

15-10-2017 [17:57]


Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Nizami rayonu 23-cü Polis Bölməsinin sabiq rəisi  Muşviq Mədətovla onun dostu Vəli Vəliyevi  saxlayıblar.

Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər. 

Məlumata görə, Muşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar. Hazırda polis hadisənin araşdırır. 

Məsələ araşdırılana qədər Muşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib. 

Xatırladaq ki, dünən axşam vaxtı metronun "İçərişəhər” stansiyasının yaxınlığında naməlum şəxsin vaxtı ilə 23 saylı Polis Bölməsinin rəisi işləmiş Müşfiq Mədətovu bılçaqlaması haqda xəbəri yayılıb. 

Xəbərdə qeyd olunub ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib.

M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarısinin 9-cu bölməsinə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA