Banklar gücləndirilmiş rejimdə işləyəcək - SƏBƏB

img

14-10-2017 [18:09]


Bakı Ticarət Festivalı ("shopping festival”) ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Mia.az-a Palatadan məlumat verilib. Festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Vüsal Həsənov. email: vü[email protected], tel: (+994) 12 493 50-58 (daxili 429), mob: (+994) 55 294 00 05.

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA