Jurnalist Əfqan Muxtarlının həbs müddəti artırıldı

img

13-10-2017 [16:42]


Bu gün Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlının həbs müddətini artırıb. Məhkəmə qapalı keçirilib.

Bu haqda "Azadlıq” radiosuna jurnalistin vəkili Elçin Sadıqov boldirib.

Vəkilin sözlərinə görə, jurnalistin həbs müddətinin artırılması ilə bağlı məhkəməyə Baş Prokurorluğun təqdimatı və cinayət işi üzrə müstəntiqin vəsatəti daxil olub. Onlar Ə.Muxtarlının həbs müddətinin 2017-ci il dekabrın 29-dək artırılmasını istəyiblər.

Ə.Muxtarlının özü də prosesdə iştirak edib. Vəkilinin bildirdiyinə görə, jurnalist çıxış edib və həbs müddətinin artırılmasına gərək olmadığını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA