Gövhər Baxzəliyeva: "Qloballazan dünyada türk dünyasının birliyi zəruridir"

img

19-08-2010 [01:16]


?Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zəruridir?. Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. G.Baxşəliyeva bildirib ki, hazırda xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır. Planetimiz getdikcə sərhədsizləşir. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. Onun sözlərinə görə, öz müstəqilliyinin 19-cu ilini yaşayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın bütün sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması, bazar iqtisadiyyatı infrastrukturunun yaradılması proseslərində böyük tərəqqiyə nail olduqlarını və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyini xüsusi vurğulamaq lazımdır. Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, TRASEKA, böyük ?İpək yolu?nun bərpası layihələri türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir. ?Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş edən türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının daha da genişləndirilməsi vacibdir. Tarixən yaranmış bənzərsiz mədəni irsimizi indiki nəsillərə qaytarmaqla yanaşı, onu dünyaya daha da yaxından tanıtmaq baxımından son dərəcə önəmlidir?-deyə G.Baxşəliyeva vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA