ümid funksioneri: ?Sabirabadda 3 mindən çox seçici seçkiləri boykot edəcək?

img

19-08-2010 [12:03]


Hələ bir müddət əvvəl məlumat vermişdik ki, Mərkəzi Seçki Komissiyası gizli şəkildə aktiv seçici elektoratı olan dairələrini parçalamağa hazırlaşır. Bu xəbərlər bir qədər əvvəl MSK sözçüləri tərəfindən təkzib edilirdi. Lakin dünən MSK-nın iclasında çox qısa bir zamanda, 10 dəqiqəlik iclasla DSK-ların parçalanması həyata keçirilib. Dağıdılan dairələrdən biri də 63 saylı Sabirabad birinci seçki dairəsi olub. Belə ki, rayonun əsas aktiv seçicilərinin yaşadığı Cavad bələdiyyəsi ? Aşağı və Yuxarı Cavad kəndləri (1732 seçici), Əlicanlı kəndi (404 seçici), Həsənli kəndi (411 seçici), Zəngənə kəndi (810 seçici) 63 saylı DSK-dan ayrılaraq 65 saylı Saatlı-Kürdəmir-Sabirabad DSK-na birləşdirilib. Bununla da ötən seçkilərdə müxalifət namizədinə 2 mindən çox real səs verən 63 saylı şəhər dairəsinin əsas məntəqələri darmadağın edilib. Bu barədə 63 saylı dairədən namizədliyini irəli sürməyə hazırlaşan Ümid Partiyasının iqtisadi siyasət komissiyasının sədri Razi Abasbəyli MİA-ya məlumat verib. Deyib ki, dairənin dağıdılması ilə bağlı ötən həftə mətbuatda məsələ qaldırıb. ?Lakin MSK seçkilərə çox az bir vaxt qalmış bu mürtəce dəyişikliyə etdi. Mən ötən həftələrdə bəyan etmişdim ki, əgər adları çəkilən kəndlər 63 saylı dairədən ayrılsa, o zaman əhali arasında kütləvi şəkildə seçkilərin boykot edilməsiylə bağlı olaraq imzatoplama kampaniyasına başlayacağıq. Artıq bu istiqamətdə fəaliyyətə start verdik. Prezident Adminstrasiyasının göstərişi ilə MSK-nın həyata keçirdiyi bu dəyişikliklə bağlı seçkilər həmin kəndlərdə baş tutmayacaq. Sabirabadda 3 mindən çox seçici faktiki olaraq seçkiləri boykot edəcək? deyə R.Abasbəyli bildirdi. Daha sonra bəyan etdi ki, bu mürtəce dəyişikliyə baxmayaraq 63 saylı dairədən namizədliyini irəli sürəcək. ?İndi bizim demokratik seçkilər uğrunda mübarizə aparmaq üçün daha imkanlarımız bir qədər də genişlənib. Cavad-Əlicanlı-Həsənli-Zəngənə kəndlərində seçkilər boykot edildiyi təqdirdə seçkilərin baş tutduğunu rəsmiləşdirmək çox çətin olacaq. Çünki bu kəndlərdəki məntəqələrdə ən güvənli adamlarımız var və onların ötən seçkilərdə olduğu kimi sərt prinsipiallıq göstərəcəklərini hər kəs, xüsusilə də Sabirabadın Şirvan camaatını mübarizədən soyutmaq istəyənlər buna əmin olsunlar? deyə həmsöhbətimiz bildirdi. Qeyd edək ki, MSK dünən qəbul etdiyi qərarla bağlı məlumatlar verməkdən yayınır və çalışır ki, bu xəbər cəmiyyətdən gizli saxlanılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA