Bakıda güllələnən qadın ölüb, əri isə maşını şokdan aşırıb - Fakt üzrə araşdırmalar davam etdirilir

img

10-10-2017 [12:25]


Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report”un xəbərinə görə, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi "Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

****

Bakıda əri tərəfindən güllələnən qadın ölüb. 

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA