Zaqatalada maskalı şəxslər evə basqın edib

img

09-10-2017 [12:46]


Zaqatalada evə basqın olub.

Hadisə rayonun Muxax kəndində qeydə alınıb. Kənd sakini 69 yaşlı Səmayə Qasayevanın yaşadığı evə daxil olan üç maskalı şəxs ona və nəvəsi 14 yaşlı Nizami Qasımova zor tətbiq edərək oradan zinət əşyaları aparıblar.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Vasif Məmmədvəliyev, Elməddin Abbasov və Etimad Xankişiyev tutulublar.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA