Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törətdi - Faktla bağlı araşdırma aparılır

img

09-10-2017 [10:55]


Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.
 
APA-nın məlumatına görə, hadisə "Azneft” dairəsi yaxınlığında qeydə alınıb.
 
Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi "Mitsubishi” markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi "Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, "Mitsubishi”ni idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA