Prodüser: ?ilhamə Quliyevanın köməkçisi məni ölümlə hədələyib?

img

18-08-2010 [01:32]


Adı hər zaman qalmaqallarda hallanan, "Avropa prodüseri" kimi tanınan Sultan Mustafayev "milli.az" saytına müsahibəsində bəzi sənətçilər haqqında yenə qalmaqallı fikirlər söyləyib. Prodüser ilk olaraq əməkdar artist Sevda Ələkbərzadənin ifa tərzinin ona çatmadığını deyib: "Sevda Ələkbərzadənin ifası mənə çatmır. Əlləri ilə gic-gic hərəkətlər edir". Daha sonra "Tünzalə Ağayevanı mən populyarlaşdırdım" - deyən prodüser əməkdar artistlə aralarında yaşanan xoşagəlməz olaydan da danışdı: "Tünzaləni xaricdə konsertlərə aparanda deyirdim ki, xalq mahnılarını belə oxumayın. Bu milli musiqimizə təhqirdi. Onu məşhurlaşdırdım. O, isə bir müddət keçəndən sonra müsahibələrinin birində məni tanımadığını söylədi. Müsahibəsini oxuyandan sonra Tünzalənin əlaltısı Yalçına zəng elədim, sözümü ona dedim. Onsuz da Tünzalə şou-biznesə ailə problemi ilə gəlib. Yəni insanları əvvəlcə ailə söhbətləri ilə cəlb edib, sonra sənət göstərib. Üstəlik, Tünzalə Ağayeva efirdə olduqca qeyri-səmimi görünür. Çıxır efirə deyir ki, mən millət vəkili olmaq istəyirəm. Ondan millət vəkili olar?!" "Nüşabə Ələsgərliyə toy müğənnisi kimi baxıram"- söyləyən Sultan Mustafayev "Azərbaycanda bu gün şou-biznesin 90 faizi toylar üzərində qurulub"- deyir: "Qalmaqallar isə qaçılmazdır. Mən artıq həmkarlarımın mənə hədə-qorxu gəlirlər. Amma mən artıq buna alışmışam. Hətta bu ilin yanvarında İlhamə Quliyeva ilə ciddi qalmaqalım oldu. Bu söhbətlər hətta dövlət orqanlarına qədər gedib çıxmışdı. İlhamə Quliyevanın mətbuat katibi mənə hədə-qorxu gəlirdi ki, səni öldürəcəyik, başını kəsəcəyik. Hətta indi də İlhamə xanımın mətbuat katibinin mənə yazdığı mesajlar və diktafondakı səsini saxlayıram. Bu İlhamə xanımın yox, köməkçisi Faiq Ələkbərlinin işi idi. O, İlhamə xanımın adından danışırdı. Mən də İlhamə xanımın birbaşa özü ilə danışdım. İlhamə xanım da söhbəti başqa tərəfə yozdu? Faiq Ələkbərli mart ayında zəng elədi, mənə bildirdi ki, arada anlaşılmazlıq olub. Amma İlhamə xanımla hələ də küsülüyük. Mən deyərdim ki, həmin söhbətdə İlhamənin günahı yox idi". Sən demə, Sultanı yeddi ildir küsülü olduğu həmkarı Tolik - Tarix Əliyev də ölümlə hədələyib: "Tolik mənə daydaylarının olması ilə hədə-qorxu gəlirdi. Deyirdi ki, səni öldürtdürəcəyəm. Bu adam hər zaman haqqımda xoşagəlməz şayiələr yayır, arxamca "torba tikir". Toliki özümə rəqib görmədiyimə görə, onun sözlərinə, əməllərinə reaksiya vermirəm. O, şou-biznesin prodüseri yox, fəhləsidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA