DİN rəhbərinin korteji qəzaya uğrayıb, xəsarət alanlar var - Avstriya

img

08-10-2017 [10:05]


Avstriyanın DİN rəhbəri Volfqanq Sobotkanın korteji Karintiya bölgəsində qəzaya uğrayıb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində nazirin özü xəsarət almasa da, onu müşayiət edən iki mühafizəçi, habelə kortejə çırpılan digər avtomobildəki ata və oğlu xəsarət alıb. Sonuncuların vəziyyətinin ağır olduğu bildirilir.
 
İnsident Fölkermarkt  şəhəri yaxınlığında yol kəsişməsində baş verib.  
 
Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA