FETÖ-nün Azərbaycan üzrə təmsilçisi həbs edildi

img

06-10-2017 [22:33]


Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan üzrə təmsilçisini həbs edib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib. 

Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA