Əli Kərimli isa Qəmbərdən ayrılıb Sərdar Cəlaloğlu ilə seçkiyə birgə getmək istəyir

img

17-08-2010 [05:56]


Müsavat Partiyası AXCP ilə xeyli dairədə vahid namizəd müəyyənləşdirsə də, hələ də bu iki partiyanın bir araya gəlməyəcəyi ilə bağlı məlumatlar verilir. Müsavatla-AXCP birliyinin baş tutmayacağını düşünən Əli Kərimli özünə başqa tərəfdaş axtarışına çıxıb. Hətta bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin dünən görüşdükləri və yeni seçki bloku yaratmaqla bağlı müzakirə apardıqları bildirilir. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ADP sədri dünən Əli Kərimli ilə görüşmədiyini, sadəcə telefonla əlaqə saxladığını bildirib: ?Biz Əli bəylə telefonda danışmışıq. Amma tamam başqa məsələ barədə söhbət etmişik. Yəni seçkidən, hansısa seçki blokundan söhbət yoxdur. Əslində bu barədə biz əvvəllər müzakirə aparmışıq, amma hazırda AXCP müsavatla əməkdaşlıq edir və bir sıra dairələrdə vahid namizəd də müəyyənləşdiriblər?. Bu barədə bizi bilgiləndirən müxalifət yetkililərindən birinin sözlərinə görə, S.Cəlaloğlu hazırda təkzib etsə də, real imkan yaranan kimi Əli Kərimli ilə birgə seçki bloku yaradacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA