Müsavat və AXCP daha 6 dairədə vahid namizəd müəyyənləzdirib

img

17-08-2010 [03:39]


Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi arasında bu gün növbəti görüş keçirilib. Bu barədə MİA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Müsavat yetkilisi bildirib ki, görüşdə parlament seçkilərində vahid namizədlərin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. Budəfəki müzakirələrdə daha 6 seçki dairəsində vahid namizədin irəli sürülməsi barədə razılıq əldə olunub. Qeye edək ki, ötən həftə İsa Qəmbərlə Əli Kərimlinin görüşü zamanı 63 dairədə vahid namızədlə bağlı razılıq əldə olunmuşdu. Hazırda isə AXCP və Müsavat parlament seçkilərində 69 seçki dairəsində vahid namizəd müəyyən ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA