Etibar Məmmədov parlament seçkilərində Əli Kərimliyə alternativ olmayacaq

img

17-08-2010 [01:54]


"AMİP lideri Etibar Məmmədovun qarşıdakı seçkilərdə 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən AXCP sədri Əli Kərimliyə alternativ namizəd olacağı ilə bağlı deyilənlər cəfəngiyyatdır". Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, Etibar Məmmədov seçkilərdə namizəd olacağı barədə konkret fikrini hələ açıqlamayıb. Ə.Orucovun fikrincə, E.Məmmədov deputatlığa namizədliyini irəli sürsə belə, 31 saylı Suraxanı İkinci Seçki Dairəsini seçməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA