03-10-2017 [12:38]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında M.Süleymanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.
Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.
Cinayət işində qeyd edilib ki, Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynovun idarə etdiyi maşının hərəkət marşurutu V.Qasımov, Y.Cəfərov və T.Süleymanov tərəfindən mütəmadi olaraq izlənilib. Daha sonra dəstənin 4 nəfər üzvü 6 dekabr 1999-ci ildə saat 23 radələrində pusqu qurublar. Dəstə üzvləri "VAZ- 2107” markalı maşında T.Hüseynovun hərəkət edəcəyi yolda gözləyiblər. T.Süleymanov "VAZ- 2107”-də olan Y.Cəfərova zəng edərək, T.Hüseynovun "Mercedes 230” markalı maşını ilə gəldiyini xəbər verib. Binə qəsəbəsi Xəqani küçəsinin girəcəyində T.Hüseynovun evinin yaxınlığında maşınının qarşısı kəsilib.
Dəstə üzvləri T.Hüseynovun maşınını əhatəyə alıb. Y.Cəfərov əlində olan tapançanı onun başına dayayıb və maşının arxa oturacağına keçməsini tələb edib. Bu zaman T.Hüseynovun başına küt alətlərlə zərbələr endirilib. Yaranmış dava zamanı T.Hüseynov bir neçə bıçaq zərbəsi də alıb. T.Hüseynovun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri onu öz maşınının arxa oturacağına yerləşdiriblər.
Daha sonra T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər. Bu günlər ərzində də T.Hüseynov dəstə üzvləri tərəfindən döyülüb. T.Hüseynov oğurlanan zaman üzərində olan qol saatı, nağd pulu və telefonu da dəstə üzvləri tərəfindən ələ keçirilib.
Oğurlanan T.Hüseynovun qardaşı Məmmədmirzə Hüseynovla telefon danışıqlarını dəstənin digər üzvü Elyar Həsənov aparıb. E.Həsənov M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edib.
Həmiçin dəstə üzvlərindən biri də oğurlanan şəxsin yaxın qohumu olub. İstintaqla müəyyən edilib ki, dəstə üzvlərindən Sərdar Əsədullayev oğurlanan şəxsin qohumudur və o, ailədki məlumatları üzvü olduğu dəstəyə çatdırırmış. Amma dəstə üzvləri niyyətlərinə çata bilməyib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilə əməliyyt zamanı həbs ediliblər.
Həmin dövrdə təqsirləndirilən M.Süleymanov istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər şəxslər isə məhkəmənin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həmin şəxslər həbs cəzalarını başa vurublar.
Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə "Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman "Binə” yarmarkasının sahiblərindən biri olub.
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
Azərbaycan Misirdə keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub - Donald Tramp da gəlir
Türkiyədə zəlzələ olub - 4,1 bal gücündə
DÇ-2026: Türkiyə -Bolqarıstan oyununda 7 qol var (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
KTN-də broyler sahibləri ilə görüş olub - Sahibkarlar gömrük, FHN və icra başçılarından şikayətləniblər - ÇIXIŞLAR (FOTO)
Kərim Vəliyev Türkiyədə - General Yaşar Gülərlə birlikdə təlimi izləyib (VİDEO, Yenilənib)
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan komandoları birgə təlimə hazırlaşır - AÇIQLAMA
İcra başçısının keçmiş müavini həbsdə qaldı - Hakim "yox" dedi
Elvin Bədəlov Mbappeyə nə deyib? - "Dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də" - VİDEO
Hacı Şahin Həsənlinin qızının toyu olub - VİDEO
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
Narkotiki evakuatorla daşımaq istəyənlər saxlanılıb - FOTO
İlham Əliyev Sevil Əliyevanı təltif etdi - SƏRƏNCAM
"Premium Clinic"də əməliyyat olunan qadın ölüb
General-mayor Rasim Əliyev vəfat edib - Qəfildən
Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı - 66 dollara endi
Bakıda palçıq vulkanı püskürüb
Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal: "Cavab verəcək" - VİDEO
Rusiyada güclü zəlzələ baş verib
AFFA ona 3 milyon 700 min manat təzminat ödəyib
"Bu, mənim üçün çox vacib idi" - Ayxan Abbasov
DÇ-2026: millimiz Fransa yığmasına uduzdu (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Salyanda iki azyaşlı uşaq atasını maşın vuraraq öldürüb
ABŞ-da hərbi zavodda partlayış: çoxlu sayda ölü, yaralı və itkin düşənlər var (FOTO)
Türkiyənin milli kamikadze dronu: KarguFPV zirehdeşici döyüş başlığı ilə hədəfi belə vurdu - VİDEO
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
İsrail hərbçiləri İordan çayının qərb sahilində əməliyyat keçirib - 38 yaralı və həbslər var
Dursun Özbek: "Bu, İkardinin son ilidir, o..."
BMT-nin təşkilatı: "İsrail Qəzzaya hələ də hücuma davam edir"
"Qalatasaray" 120 illiyində heykəl açılışı edib - FOTO
Ağ Evdən Trampa Nobel verilməməsinə sərt reaksiya: "Onlar siyasəti sülhdən üstün tuturlar"
Ramil Həsən yeni vəzifəyə təyin edilib - Deputat mandatına xitam veriləcək (Açıqlama)
Anar Əsədlinin cinayət işi "dirildilib" - Keçmiş partiya sədri haqda yeni qərar qəbul edilib
"Bakı metropoliteni” QSC-də 23 rəisin yerdəyişməsi olub
Həkim Sənan Mehdiyevə hökm oxunub