AXCP-nin qurultayı təxirə salınıb

img

17-08-2010 [12:56]


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yer problemini həll edə bilmədiyindən iyulun 21-nə nəzərdə tutduğu qurultayını təxirə salıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. N.Məmmədli deyib ki, qurultayı məcburən təxirə salıblar: ?Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) bizə məktubla cavab verib və göstərib ki, qurultayın keçirilməsi üçün müvafiq yerlərin ayrılmasına etiraz etmir. Amma zalların hər biri ilə özümüz danışıqlar aparmalı, özümüz razılıq əldə etməliyik. Hal-hazırda müxtəlif mədəniyyət evləri, uyğun zallarla danışıqlar aparılır, amma hələlik razılığa gəldiyimiz yoxdur. Heç kim məsuliyyəti bir başa öz üzərinə götürüb bizə yer vermək istəmir. Adi restoranlar elə icra başçıları ilə razılaşma olmadan yer verə bilməyəcəklərini deyir. Bu da onu göstərir ki, bütün bunlar hakimiyyətin bizə qarşı mövqeyi ilə bağlıdır. Əgər bu münasibət sonna qədər davam etsə, məhkəməyə müraciət etməli olacağıq?. Qeyd edək ki, AXCP iyulun 22-də Bakı meriyasına müraciət edərək növbəti qurultayını keçirmək üçün yer ayrılmasını xahiş edib. Meriya AXCP-yə göndərdiyi cavab məktubunda zalların BŞİH-in nəzdində olmadığı diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, hər hansı konfrans zalı, saray və ya mədəniyyət evinin rəhbərliyi ilə razılaşma əldə etdikdən sonra həmin yerdə AXCP-nin qurultay keçirməsinə BŞİH etiraz etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA