03-10-2017 [08:58]
Rusiyanın gazeta.ru saytının məlumatına görə, Moskva Türkiyə tərəfinin ricasını rədd edərək, onun mütəxəssislərinə Ankaraya satılan S-400 "Triumf" qurğularının daxili sisteminə giriş verməkdən imtina edib.
Bundan başqa, Türkiyəyə satılan raketlərə "dost-düşmən” ("svoy-çujoy") tanıma sistemləri də qoyulacaq. Bu isə o deməkdir ki, bu raketlər Rusiyaya və onun müttəfiqlərinə aid hədəfləri vurmayacaq.
Alış-veriş razılaşması ilə yaxından tanış olan mənbə gazeta.ru saytına deyib: "Biz onlara bütün elektron kodlarını və "içalatı” vermirik”.
Üstəlik S-400 zenit-raket qurğularına "dost-düşmən” radiolokasiya tanıma sistemini Rusiya tərəfinin öz ekspertləri quraşdıracaqlar.
Həmin mənbə deyib: "Biz onların daxili sistemə giriş ricasını rədd etmişik və buna görə də raketlərdə Rusiya istehsalı olan "dost-düşmən” sistemi quraşdırılacaq. Onlar çox israr edirdilər ki, biz onlara parolları və nəzarət sistemini verək, lakin biz imtina etdik”.
Türklər tələsdirirlər, Moskva isə…
Mediada verilən xəbərlərə, eləcə də prezident Ərdoğanın öz bəyanatlarına görə, Türkiyə artıq bu bahalı qurğular üçün beh ödəyib. Moskva bu pulu aldığını sentyabrın 29-da təsdiqləyib.
Bu xüsusda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisiVladimir Kojin demişdi ki, qurğuların Türkiyəyə çatdırılması müddətləri hələlik müəyyən edilməyib: "Onlar mümkün qədər tez istəyirlər, lakin məsələ hələ müzakirə olunur”.
Bu barədə habelə prezident Vladimir Putinin Ankaraya səfərindən bir gün sonra məlumat verilmişdi. Ərdoğanla Putinin Ankara danışıqlarındakı mövzulardan bir də S-400 raket sistemləri idi.
Bundan əvvəl, sentyabrın 25-də Türkiyə Müdafiə Sənayesi katibliyinin sözçüsü İsmail Demir S-400-lərin Türkiyəyə verilməsinin iki il müddətində reallaşacağını demişdi.
Moskva və Ankara Türkiyəyə Rusiya istehsalı olan S-400 zenit raket komleksinin (ZRK) satılması barədə kontraktı sentyabrın 12-də imzalamışdılar. Elə həmin gün Ərdoğan beh verildiyini elan etmişdi.
Rusiya Federasiyası hərbi-texniki əməkdaşlıq xidməti mövzunun "həssalığı” səbəbilə kontraktın detallarına varmamışdı.
Türkiyənin Rusiyadan S-400 raket sistemləri almaq qərarı onun NATO üzrə müttəfiqlərini narahat və məyus etmişdi. Buna baxmayaraq, alyans Ankaranın bu hərəkətini qətiyyətlə pisləməmişdi.
Alyansın baş katibinin ictimai diplomatiya məsələləri üzrə milliyyətcə türk köməkçisi Tacan İldem bu kontrakt barədə danışarkən demişdi ki, nə NATO-nun, nə də Türkiyənin S-400-lərlə bağlı problemi yoxdur və NATO-Türkiyə müttəfiqliyi qüvvədə qalır.
S-400 və "Patriot"
Rusiya Təhlükəsizlik Problemləri Akademiyasının birinci vise-prezidenti Viktor Yesin gazeta.ru saytına deyib ki, zenit-raket kompleksinin daxili sistemlərinə girişin məhdudlaşdırılması ölkələrarası silah ticarətində adi praktikadır.
O, əlavə edib ki, bu mənada Türkiyənin də problemi olmayacaq və S-400 ZRK üçün gələcəkdə lazım olan sazlama və təmir işlərini Rusiya ekspertləri həyata keçirəcəklər.
Bununla belə, Yesin əlavə edib ki, praktik baxımdan S-400 sistemi texnologiyasının NATO-nun əlinə keçməyəcəyinə yüz faizli qarantiya yoxdur.
Yesin daha sonra bildirib: "Lakin bütün əsas sirlər qorunacaq. Belə silahları təkcə biz satmırıq. Amerikalılar da belə kompleksləri satırlar və onlar da bu avadanlığa belə öhdəliklər əlavə edirlər. Bu komplekslərin içində nə varsa və onların necə işləməsi sirr olaraq qalacaq. Türklərin buna dair heç bir məlumatları yoxdur”.
S-400 "Triumf" hədəfləri 40 kilometrlik məsafədə aşkar edə bilir. Bu məsafədən onlar saniyədə 4, 8 metrədək sürətlə uçan aerodinamik hədəfləri məhv etməyə qabildir.
Bunlar qanadlı raket də ola bilər, strateji və taktiki aviasiyanın təyyarələri də.

Rusiyalı hərbi ekspert və "Arsenal oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovski gazeta.ru saytına deyib ki, S-400-lə müqayisəyə gələcək sistem bütün dünyada yoxdur. Ona sözlərinə görə, belə keyfiyyətlərə malik yeganə sistem ABŞ-ın "Patriot" raketləridir.
Lakin Patriot raketlərindən fərqli olaraq, S-400 yerdən cəmi 5 metr aralı olan obyektləri də vurur, halbuki "Patriot" antiraket sistemi üçün minimal yüksəklik 60 metrdir.
S-400 Türkiyə səmalarını NATO-nun üzünə bağlayacaq?
Gazeta.ru saytının yaydığı məlumatlar bundan əvvəl Türkiyə tərəfinin verdiyi açıqlamalarla tam ziddiyyət təşkil edir.
Hələ iyul ayında bir Türkiyə rəsmisi Bloomberg-ə demişdi ki, Türkiyənin Rusiyadan aldığı raket qurğularında "dost-düşmən” sistemləri quraşdırılmayacaq və bu, onlardan istənilən hədəfə qarşı istifadə etmək imkanı verəcək.
Bloomberg-in yazdığına görə, Moskvadakı Strategiyalar və Texnologiyalar Mərkəzinin təhlilçisi Konstantin Makienko Rusiyanın "Vzqlyad" saytına demişdi ki, əgər türklər Rusiyanın raket müdafiəsi sistemlərini alsalar, S-400 "Türkiyə səmalarını Qərb təyyarələrinin üzünə bağlayacaq və bu, bütün silah bazarında tektonik təlatüm yaradacaq”.
Türkiyə bundan əvvəl raket sistemləri və texnologiyalarını ABŞ, İtaliya və Fransadan da almağa cəhd göstərmişdi. Ankara bildirirdi ki, bahalığı bir yana, Türkiyəyə satılacaq Qərb silahlarına ciddi istifadə məhdudiyyətləri qoyulurdu.
Məsələn, bu raketlərin Ermənistan sərhədini, Egey dənizi sahilini və Yunanıstan sərhədini hədəfləməsinə blok qoyulurdu.
Türkiyə Moskva ilə S-400 sövdələşməsinə girməsinin səbəblərini bu məqamlarla izah edirdi. Lakin indi Rusiya mediasının yazdıqları təsdiq olunarsa, Ankaranın strateji istəklərinin yenə də yerinə yetmədiyi aydın olar.
Ankara hələ 2015-ci ildə ABŞ-dan Türkiyədəki "Patriot" raketlərini çıxarmamasını rica edirdi. Vaşinqton onların təkrar sazlanmaya ehtiyacı olduğunu bildirirdi.
"Patriot" raketləri hazırda heç də ABŞ-ın bütün müttəfiqlərinin cəbbəxanalarında yoxdur.
Hələlik "Patriot" yalnız 12 ölkənin arsenalına daxildir. Bunlar Hollandiya, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdir.
Azadlıq Radiosu
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”