?Kəmaləddin Heydərovla nə birbaza, nə də dolayı ünsiyyətim var?

img

16-08-2010 [04:45]


Aydınlar Partiyasının sədr müavini, ?Güzəran? Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimlinin mia.az-a haqqında gəzən şaiyələrə aydınlıq gətirir: ?Tia.az? və başqa KİV-lərdə yayılan məlumatlar həqiqətə uyağun deyil. Mən müxalifət Partiyasının sədr müavini olduğum halda, hökumətin üzvü olan Kəmaləddin Heydərovun mənə dəstək verməsi absurd olardı. Mənim K.Heydərovla nə birbaşa, nə də dolayı unsiyyətim yoxdur. Seçkilərdə də yalnız seçicilərin dəstəyinə ümid ediram. Belə şaiyələr yəqin ki, seçki rəqiblərim tərəfindən dövriyyəyə buraxılır. Mən 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyimi irəli sürəcəyimi çoxdan açıqlamışam. İki aya yaxındır Lənkəranda seçki qərargahım fəaliyyət göstərir. Qərargah seçkiyə hazırlıq işləri ilə məşğuldur, vəkillərin, müşahidəçilərin siyahısı müəyyənləşdirilir. Görunur, elə bu faktor da rəqiblərimi qıcıqlandırıb. Mən də olan məlumata görə, gözlənilən rəqiblərimin heç birinin seçki qərargahı hələ fəaliyyətə başlamayıb. Onlar mənim gözlənilən uğuruma kölgə salmaq üçün indidən ?tədbirlər? görürlər. Ancaq mən heç kimə qarşı qara piardan istifadə etmək niyyətində deyiləm, rəqiblərimi də şəffaf rəqabətə dəvət edirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA