ümid Partiyasında yeni təyinat olub

img

16-08-2010 [03:29]


Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı kecirilib. MIA-nın xəbərinə görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, parlament seckilərinə hazırlıq və partiyanın qarşısında duran vəzifələr müzakirə olunub. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı partiyanın sədri , millət vəkili İqbal Ağazadə çıxış edib. Partiyanın seçki hazırlığı ilə bağlı icra aparatının rəhbəri Nəsimi Məmmədli iclas iştirakçılarına məlumat verib. Qarşıda duran vəzifələr, görüləcək işlər, hər bir namizədin və səlahiyyətli nümayəndənin üzərinə düşən iş və təbliğat kompaniyasının qurulması geniş müzakirə olunub. Toplantıda Abdalov İxtiyar Əliş oğlunun partiyanın ideoloji-təbliğat şöbəsinə müdir təyin olunması rəyəsət heyəti üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA