30-09-2017 [13:12]
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
O ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: "Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.
Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.
Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm”.
Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurur. Bu anı isə qızları 6 yaşlı Aybəniz də görür, dərhal evə qaçır.
Mərhum Ulduz Ələsgərovanın atası Aydın Eyyubov deyib ki, hadisədən 2 ay əvvəl qızı tez-tez ağlayırmış: "Onların 3 övladı var idi, kiçik oğlum ora gedəndə bir neçə dəfə Ulduzun ağladığını görüb. Şeyda Rusiyadan gələndən sonra o evdə çox mübahisələr olurdu. Şeyda mülk davası edirdi”.
M.Ələsgərovun arvadı ilə yaxın münasibətdə olmaqda ittiham etdiyi Şeyda Ələsgərov bunu təkzib edib: "Mən Ulduzla ata-bala kimi idim. Amma Muradla anası mənimlə yola getmirdi. Onlara deyirdim ki, evi dağıtmayın, elə bilirdilər onları evdən çıxaracağam. Murada qardaş kimi nəsihət verirdim, qəbul etmirdi. Ulduzun da qayınanası ilə arası yaxşı deyildi. Mən heç vaxt Ulduzla tək qalmamışam, Muradın da onu niyə öldürdüyünü bilmirəm”.
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”