DUi hökumətdən anomal istilərlə bağlı tədbirlər proqramının hazırlanmasını tələb edib

img

16-08-2010 [02:09]


Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUİ Sədrlər Şurası qurumun parlament seçkilərinə hazırlığının vəziyyətini və Seçki Qərargahının fəaliyyətini müzakirə edib. Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə hərbi müqavilə bağlamasını məqsədə uyğun sayıb. DUİ Sədrlər Şurası sel və daşqınların nəticəsində zərər çəkmiş ölkə vətəndaşlarına qarşı polis zorakılığını pisləyir və kompensasiyaların ədalətli bölünməsini və korrupsiya hallarının aradan qaldırılmasını tələb edir. Sədrlər Şurası Azərbaycan hakimiyyətinin anomal istilərə hazırlığın olmaması müzakirə edib və tədbirlər proqramının hazırlanması hökumətdən tələb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA