Pantomima Teatrında ?Dulusçu? tamazası nümayiz etdiriləcək

img

16-08-2010 [01:11]


Sentyabrın 26-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Dövlət Pantomima Teatrında ?Dulusçu? tamaşası nümayiş etdiriləcək. Üzeyir Hacıbəylinin ?Biz nə tövr iş görürük? felyetonu əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. RollarI Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları ifa edəcəklər. ?Dulusçu? 2002-ci ildə dövlət sifarişi ilə səhnələşdirilmişdir və artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yerlərdən birini tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA