Azərbaycanlı idmançılar Olimpiya çempionu adını qazanıb

img

15-08-2010 [10:20]


Bəlli olduğu kimi dünən Sinqapurda Yeniyetmələrin I Yay Olimpiadası start götürüb. Olimpiadada 30 idman növü üzrə dünyanın 3600-dən çox idmançısı medal uğrunda mübarizə aparır. Bu gün yunan-Roma güləş növündə Azərbaycanı təmsil edən Murad Bazarov (42 kq) kubalı rəqibi Yosvan Flores üzərində qələbə qazanıb (2:0, 1:0). Böyük uğura imza atan M.Bazarov yeniyetmələr arasında ilk azərbaycanlı Olimpiya cempionu olub. Digər idmançımız Elman Muxtarov isə həlledici görüşdə özbək Nurbəy Xankirovu asanlıqla yenərək, ölkəmizə ikinci qızıl medalı qazandırıb. Qeyd edək ki, ölkəmizi Olimpiadada 12 idmançı təmsil edir. Yarışda 15 yaşdan 18 yaşadək idmançılar mübarizə aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA