idmançımız dünya çempionatında qızıl medal qazandı

img

14-08-2010 [03:12]


Finlandiyanın Lahti şəhərində hərbçilərin güləş üzrə 27-ci dünya çempionatı keçirilir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri də iştirak edir. Sərbəst güləş yarışlarında ilk gün medalçıların sırasına düşə bilməyən pəhləvanlarımız ikinci gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 4-cü olublar. 60 kq çəkidə Ağahüseyn Mustafayev ardıcıl olaraq Polşalı Adam Bloku (2:5, 1:0, 2:0), qazax Daulet Nyazbekovu (1:0, 4:2), iranlı Ahmad Amirianı (1:2, 2:0, 6:0), finalda isə Koreya güləşçisi Jae-ho Liini (1:0, 3:2) məğlub edərək çempionatın baş mükafatına sahib olub. 74 kq çəkidə Əşrəf Əliyev koreyalı Sang-gyu Liini (1:0, 1:0), slovak Dusan Babrnakı (4:2, 2:0) məğlub etsə də, yarımfinalda qazax güləşçisi Seyfəddin Osmanov ilə mübarizədən (0:1, 0:1) məğlub ayrılıb və üçüncülük uğrunda görüşə qatılıb. Belaruslu Raman Soltanı (1:0, 1:0) məğlub edərək bürünc medala sahib olub. 84 kq çəki dərəcəsində Hacı Əlicanov da bürünc medal qazanıb. Həlledici görüşdə qazax güləşçi Ulat Axanova (0:1, 1:1, 5:0) qalib gələn Hacı Əlicanov mükafatçılar sırasında yer alıb. 120 kq çəkidə təmsilçimiz Müslüm Müslümov finala qədər irəliləyib. Bu zaman o, ardıcıl olaraq amerikalı Çarli Fiş (3:0, 0:0), alman Oldrik Vagner (5:2, 6:0) üzərində inamlı qələbə qazanıb. Finalda iranlı Cəfər Daliriyə (0:1, 0:1) minimal hesabla məğlub olan Müslüm gümüş medalla kifayətlənib. Xatırladaq ki, sərbəst güləş yarışlarında ölkəmizi məşqçi Nazim Əlicanovun başçılığı altında Ceyhun Əliyev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Elmir Qəmbərov (66 kq), Əşrəf Əliyev (74 kq), Hacı Əlicanov (84 kq), Mehman İmanquliyev (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil edib. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Taleh İsrafilov (66 kq) və Elbrus Məmmədov (74 kq) məşqçi Hüseynağa Ələsgərovun rəhbərliyi altında turnirdə iştirak edir. Yunan-Roma güləşi yarışları bu gün və sabah keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA