Litva Respublikasının hakim Milli Dirçəliz Partiyasının nümayəndə heyəti Azərbaycana səfərə gələcək

img

14-08-2010 [12:24]


Litva Respublikasının hakim Milli Dirçəliş Partiyasının nümayəndə heyəti avqustun 15-də Azərbaycana səfərə gələcək. Nümayəndə heyətinə partiyanın sədri, Litva Seyminin xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dustluq qrupunun üzvü Arunas Valinskas rəhbərlik edəcək. Nümayəndə heyətinə Litva Seyminin iqtisadi məsələlər komitəsinin sədri, dostluq qrupunun üzvü Danius Budrus, Litvanın mədəniyyət naziri Arunas Gelunas və digər rəsmi şəxslər daxildirlər. Litvalı qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, eləcə də iqtisadi siyasət komitələrinin üzvləri ilə görüşəcəklər. Qonaqlar, həmçinin Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəklər. Səfər avqustun 19-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA