Qadir ibrahimli: ?YAP-ın namizədləri hökumətin hamıya bəlli yalanlarını müdafiə etməyə məhkumdurlar?

img

13-08-2010 [03:20]


Aydınlar Partiyasının sədr müavini Qadir İbrahimli seçkiöncəsi vəziyyət, partiyanın seçki hazırlıqları və digər məsələlərlə bağlı Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]-Seçkiyə rəsmi start verilməsinə çox az qalır, Aydınlar Partiyasının seçki hazırlıqları nə yerdədir?[/b] -Aydınlar Partiyasının seçkiyə hazırlığı başa çatmaq üzrədir. 60-a yaxın dairədən namizəd müəyyənləşdirmişik. İndi son dəqiqləşdirmələri aparırıq. Sentyabrın birinci 10 günlüyündə namizədlərimizin siyahısı ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda müşahidəçiləri, namizədlərin seçki qərargahlarının üzvlərini yaratmaqla məşğuluq. Güman edirəm ki, bu işləri ayın sonuna qədər başa çatdıra biləcəyik. [b]-Belə çıxır ki, Aydınlar Partiyası seçkidə təkbaşına iştirak edəcək...[/b] -Hələ ki, partiyada üstün mövqe ondan ibarətdir ki, tək iştirak edək. Ancaq real təkliflər olsa, dəyərləndirə bilərik. Hər iki varinatın öz üstünlüyü var. Biz seçkidə partiya olaraq ilk dəfə iştirak edirik. Tək iştirak etməklə real gücümüzü, yerli strukturlarımızın potensialını qiymətləndirə bilərik. Yeni yaranmış partiya kimi bunda maraqlıyıq. Ancaq blok halında seçkiyə qatılmağın da öz üstünlüyü var. Ən azı ona görə ki, resurslara qənaət etmək, mövcud potensialdan daha effektiv istifadə imkanı yaranır. [b]-Hansısa partiya ilə bu barədə danışıq gedirmi?[/b] -Rəsmi danışıq yoxdur, ancaq bunu istisna etmirik. [b]-İndiki mərhələdə müxalifətin və cəmiyyətin durumunu necə qiymətləndirisiniz?[/b] -Müxalifətin durumu urəkaçan deyil. Müxalifətin resursları (maddi, media və s.) məhduddur və bu məhdud resursla hakimiyyətin nəhəhəng maliyyə və inzibat resurslarla dəstəklənən namizədlərinə qarşı mübarizə aparır. Bu qeyri-bərabər mübarizədir. Müxalifətin yeganə üstün cəhəti budur ki, onun haqq söz demək imkanı var və bu imkandan maksimum faydalanmaq lazımdır. YAP-ın namizədləri hökumətin hamıya bəlli yalanlarını müdafiə etməyə məhkumdurlar, bu da hətta ictimai nüfuzu olan YAP-çı üçün də məğlubiyyət deməkdir. Müxalifət bu imkandan faydalanmağı bacarmalıdır. Cəmiyyət isə çox passivdir. Baxmayaraq ki, narazılığn çevrəsi kifayət qədər genişdir. Görünür indiyə qədər aparılan siyasət onları pessimistləşdirib. Cəmiyyətdə inamsızlıq var ? həm hakimiyyətə, həm də müxalifətə. Müxalifətin əsas missiyası bunu aradan qaldırmaqdır. [b]-Müxalifət bunu bacaracaqmı?[/b] -Ümumi müxalifət adından proqnoz verə bilmərəm. Ancaq Aydınlar Partiyası olaraq biz buna çalışacağıq. [b]-Müxalifət çevrəsində qeyri-müəyyənlikdir. AXCP-Musavat birliyinin baş tutması bu qeyri-müəyyənliyi aradan qaldıra bilərmi?[/b] -Bu partiyların birləşib-birləşməməsinə mənim münasibət bildirməyim etikadan kənar olardı. Çünki mən bu partiyalarla mütəfiqlik və yaxud hər hansı iş birliyi olmayan başqa bir partiyanın rəhbərliyində təmsil olunuram. [b]-Hər halda keçmiş cəbhəçi kimi sizin fikriniz maraqlı olardı?[/b] -Keçmiş cəbhəçiliyə qalsa onda gərək Siyavuş Novruzov və yaxud da Murtuz Ələsgərovun da mövqeyini öyrənəsiniz. Onlar da cəbhəçi olublar. Bir vətəndaş kimi isə onlara uğurlar arzulayıram. Birləşsələr müxalifətdaxili inteqrasiyanın güclənməsi baxımından faydalı olardı. [b]-Axı son vaxtlar sizin partiyaya qarşı cəbhəcilər ittiham səsləndirirlər...[/b] -(Sözümü kəsir) Belə bir hal oldu, bizim partiya da öz mövqeyini ortaya qoydu. Bununla da məsələ bitdi. Biz gücümüzü hökumətə qarşı mübarizəyə səfərbər etmişik, müxalifətdaxili intriqalarda iştirak etmək niyyətimiz yoxdur. Cəmiyyətin müxalifətə qarşı inamsızlığının kökündə də elə bu daxili intriqalar durur. Biz bu intriqalardan kənardayıq. [b]-Ancaq intriqalar var və getdikcə də artır...[/b] -Buna çox təəssüf edirik. Bacardıqca bundan qaçmaq və gücü hökumətlə mübarizəyə yönəltmək lazımdır. Kimin kimdən xoşu gəlmirsə gedib fərdi qayda da məsələni çozsün, daha qəzet səhifələrində yox. [b]-AXCP və Musavat liderlərinin dairələrindən namizəd irəli sürəcəksiniz?[/b] -Bizim heç bir partiyanın qarısında belə bir öhdəliyimiz yoxdur. Həm də hələ heç bir partiyanın namizədlər siyahısı bəlli olmadığından bu barədə danışmaq da tezdir. Bir də bu qarşılqlı olmalıdır. Əgər biz güclü müxalifət funksionerlərinin dairələrində güzəştə getsək, onda gərək qarşı tərəf də bizim şanslı namizədlərin dairələrində öz namizədlərini geri çağırsınlar. Əgər qarşılıqlı anlaşma olcaqsa, güzəşt olacaq, əks halda namizədlərimizi sona qədər müdafiə edəcəyik. [b]-Sizdə şanslı namizədlər çoxdur?[/b] -Kifayət qədər var. Real şanslı namizədlər seçkiyə 10-15 gün qalmış bəlli olur. Anlaşma da o ərəfədə ola bilər. Bir də görürsən şəkli mütəmadi olaraq qəzet səhifələrini, saytları bəzəyən funksioner seçkidə 5-ci yeri tutur, ancaq ictimaiyyətin az tanıdığı müxalifətçi seçkinin qalibi olur. Ona görə də tələsməyə ehtiyac yoxdur. [b]-Seçkinin ənənvi qaydada keçirilrsə, yəni səslər saxtalaşdırılarsa necə?[/b] -Seçkinin saxtalaşdırılacağı versiyasını tez-tez qabartmağın eleyhinəyəm. Bu cəmiyyətdə pessimist ovqatı gücləndirir. Heç bir hakimiyyət öz istəyi ilə demokratik seçki keçirmir. Ancaq seçicilərin fəallığı və müxalifətin iradəsi ilə demokratik seçki baş tutur. Ona görə də bizim missiyamız ilk növbədə seçicilərin fəallaşmasına nail olmaqdır. Növbəti mərhələdə isə müxalifət iradəsini ortaya qoymalıdır. [b]-Sizcə, müxalifət bu missiyanın öhdəsindən gələ biləck?[/b] -Ümumi müxalifət adından yox, Aydınlar Partiyası adından deyə bilərəm ki, bu missiyanı reallaşdırmağa çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA