"Qafqazinfo.az" adlı yeni internet qəzet fəaliyyətə bazlayır

img

13-08-2010 [12:50]


Azəbaycanda gələn həftədən yeni internet qəzet fəaliyyətə başlayacaq. MIA-nın xəbərinə görə, "Qafqazinfo" adlanan yeni internet qəzet www.qafqazinfo.az ünvanında yerləşəcək. Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq. Bundan basqa, yaradılan internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayacaq. Bu yeni media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə biləcəklər. Redaksiyada və qəzetin internet saytında "qaynar-xətt" fəaliyyət göstərəcək ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları olacaq. "Qafqazinfo.az"ın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir. "Qafqazinfo.az"ın direktoru Elbrus Ərud (Seyfullayev), redaktoru Elnur Məmmədlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR