Meriya AXCP-nin qurultay üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib

img

13-08-2010 [11:58]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultay üçün yer istəməsi ilə bağlı müraciətini cavablandırıb. Bu barədə MİA-ya AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. Onun sözlərinə görə, BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə AXCP sədri Əli Kərimliyə ünvanlanan məktubda qeyd olunur ki, qurultayın keçirilməsinə etiraz etmirlər. Amma eyni zamanda hər hansı bir təklif olunmayıb. F.Əmirovun sözlərinə görə, zallar BŞİH-in nəzdində olmadığıba görə həmin məkanlaraın rəhbərliyi ilə partiya özü razılaşmalıdır. Qeyd edək ki, AXCP-nin növbəti qurultayının avqustun 21-də keçirməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA