Müsavat-AXCP birliyi istiqamətində danızıqlar davam etdiriləcək

img

12-08-2010 [11:59]


AXCP Müsavat Partiyası ilə birləşmə istiqamətində aparılan danışıqları davam etdirmək qərarını verib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, bu barədə partiyanın Rəyasət Heyətində qərar qəbul olunub. Onun sözlərinə görə, AXCP səbri Əli Kərimli Müsavat Partiyası ilə əməkdaşlıq istiqamətində çıxış edib: ?Qərara aldıq ki, birləşmə istiqamətində danışıqlar davam etdirilsin. Biz öz üzərimizə düşən məsuliyyəti hiss edərək çalışırıq ki, bu prosesin müsbət nəticələnməsinə nail olaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA