YAP Nəsimi rayon təzkilatının fəalları ?N? saylı hərbi hissədə hərbçilərlə görüzüb

img

11-08-2010 [02:33]


Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasının səkkizinci ildönümü münasibətilə ?N? saylı hərbi hissədə hərbçilərlə görüş keçirib. Bu barədə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib. M.İbrahimqızı bildirib ki, vətənin keşiyində duran hərbçilərimizlə görüş hər birimizin mənəvi borcudur. ?Ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası fəaliyyətində Milli Ordu ilə əməkdaşlığa böyük önəm verir və ardıcıl olaraq Silahlı Qüvvələrin əsgərləri ilə görüşlər təşkil edir. Bu mənada rəhbərlik etdiyim təşkilat da belə bir tədbirin reallaşdırılmasını qərara alıb?-deyə o, qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA