AXCP bu gün Müsavatla birləzmə məsələsi ilə bağlı qərar verəcək

img

11-08-2010 [02:05]


Müsavat Partiyası ilə AXCP-nin birləşməsi istiqamətində aparılan danışıqlarda problem yaranıb. Belə ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Demkonqres tipli birliyin yaradılması təklifi tərəflər arasında gərginliyə səbəb olub. Bu gün isə AXCP Rəyasət Heyəti toplaşaraq Müsavat-AXCP birliyi ilə bağlı vəziyyəti müzakirə edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, Rəyasət Heyətində hazırkı situasiya, AXCP-Müsavat birliyi məsələsi müzakirə olunacaq və müvafiq qərarlar veriləcək. N.Məmmədli onu da bildirib ki, birlik məsələləri ilə bağlı müzakirələri bu şəkildə polemika mövzusuna çevrimək düzgün deyil. Onun fikrincə, birlik məsələsi partiyaların daxilində müzakirə olunmalı, nəticələr ictimaiyyətə çatdırılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA