iqbal Ağazadə ABŞ Səfirliyinin Siyasi izlər üzrə müzavirilə görüzüb

img

10-08-2010 [04:16]


Bu gün Ümid Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili İqbal Ağazadə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin Siyasi işlər üzrə müşaviri xanım Brigette S.Bucheti qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai ?siyasi vəziyyət, mətbuat və sərbəst toplaşmaq azadlığı, parlament seckilərinə hazırlıq, Qarabağ problemi və demokratik dəyərlərin inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. Eyni zamanda görüşdə İqbal Ağazadə Ümid Partiyasının parlament seckilərinə hazırlığı və gələcək planları haqda qonağa məlumat verib. Partiya ilə səfirliyin qarşılıqlı ələqələrin genişləndirilməsi barədə fikir mübadiləsi edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA