Azərbaycan və Koreya Qəbələdə açıq səma altında muzey yaradacaq

img

10-08-2010 [02:48]


Qəbələdə açıq səma altında muzey yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iki il müddətinə hazır olacaq muzey Azərbaycan və Koreya Respublikasının birgə əməkdaşlığı sayəsində yaradılacaq. Bu muzey Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin öz dövrünün bir çox böyük şəhərləri ilə müqayisə edildiyini bir daha sübuta yetirəcək. Hazırda qədim şəhərin xarabalıqlarını üzə çıxarmaq istiqamətində intensiv qazıntı işləri aparılır. Bu xarabalıqlar torpaq altından çıxdıqdan sonra yaradılacaq muzeyə çoxsaylı turistlər də maraq göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA