?Sən də QiçS-ə yox de?

img

10-08-2010 [01:47]


?Sağlam Düşüncə? Gənclər Təşkilatı Sumqayıtda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və ?Qaradağ Sement? Açıq Səhmdar Cəmiyyətinin birgə maliyyəsi ilə ?Sən də QİÇS-ə yox de!? layihəsinin təqdimatını keçirib. Layihənin məqsədi maarifləndirmə və ən əsası tolerant yanaşmanı təbliğ etməkdir. Layihənin koordinatoru Cavid Nəbiyev bununla bağlı deyib: ?Bu gün bir çoxları düşünür ki, QİÇS daşıyıcısı ölməlidir. Təbii ki, bu xəstələrə kömək etmək istəyənlər də var. Ancaq ilk olaraq bu xəstələri cəlbetmə vasitələri düşünülməlidir. Onların cəmiyyətə qarışmasına kömək etmək lazımdır. Bu böyük kampaniyanın bir hissəsidir?. Layihə həmçinin şəbəkə yaratmağı da özündə əks etdirir. Belə ki, layihə iştirakçıları seçildikləri gündən müəyyən öhdəliklər götürmüş olacaqlar. Bu öhdəliklərdən biri də onlara keçilən təlim əsasında özlərinin təlim proqramlarını hazırlayıb, digər insanlara ötürmələri olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR