Azərbaycanlı nazirin oğlu 5 milyon dollara it alıb

img

15-08-2010 [04:27]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun onu bütün ölkədə məşhurlaşdıran bahalı əyləncə və ?şıltaqlıqları? bitib-tükənmək bilmir. Həm də biznesmen kimi təqdim edilən və atasına məxsus ?ZQAN-Holdinq? imperiyasına de-yure rəhbərlik edən gənc Məmmədov adını bu dəfə də yeni ?rekordlar? listəsinə yazıb. O, bir neçə ay öncə özünə bahalı bir it alıb. Bu it üçün nə az, nə çox - düz 5 min dollar nağd pul ödəyib. Bu məlumat ?Yeni Müsavat?a nazir oğlunun ata-baba yurdu olan Ucardakı mənbələrdən verilib. Qaynağımızın deməsinə görə, əhvalat yayın əvvəlində - Anar Məmmədov atasının doğulub-böyüdüyü Qazıqumlaq kəndində tikdirdiyi villasına baş çəkməyə gedərkən baş verib: ?Anar Məmmədov başının dəstəsi ilə kəndlərinə, tikilməkdə olan malikanəyə baş çəkməyə gəlmişdi. O, inşaat işlərinin gedişi ilə maraqlanıb, mülkün həyətini gəzib-dolaşıb. Orada olan kənd sakinlərindən birinin dediyinə görə, bu zaman nazir oğlunun cangüdənlərindən birinin telefonuna zəng gəlib. Cangüdən bir neçə dəqiqəlik telefon danışığından sonra Anar Məmmədova yaxınlaşaraq ona nəsə deyib. Nazir oğlu başını yelləyərək təsdiqləyici jest eləyəndən sonra cangüdən də təzədən kiməsə zəng vurub. Az sonra həyət qapısı açılıb və bir maşın içəri girib. Maşında olan adam arxa oturacağa qoyduğu qəfəsdən ağ rəngli, yumşaq tüklü, ekzotik görünüşlü bir küçüyü götürərək nazir oğluna təqdim edib. Bir az söhbət eləyəndən sonra Anar Məmmədov cangüdənlərinə nəsə göstəriş verib. Sonuncular da nazir oğluna məxsus maşına tərəf gedərək oradan bir dəstə pulla qayıdıblar və küçüyü gətirən şəxsə 5 min dollar verərək onu yola salıblar. İti satan şəxsin onu Quba rayonundan gətirdiyi deyilir. Deyilənə görə, it hansısa qiymətli cinsdəndir, yoxsa ona bu qədər pul verməzdilər?. Məlumatı verən mənbə Anar Məmmədovun bu alış-verişdən sonra villanı tərk etdiyini, amma qiymətli heyvanı orada saxladığını bildirdi: ?Küçük hazırda da oradadır. Ona xüsusi yer ayrılıb və ayrıca qulluqçu tutulub. İt baxıcısı olan həmin şəxs də Qazıqumlaq kəndindəndir. Ona bu işə görə ayda 100 manat maaş verilir. Küçük isə daha dəbdəbəli yaşayır. Heyvana hər gün bir quzu kəsilir, yumşaq ətlərindən yemək hazırlanır?. Xatırladaq ki, bu, nazir oğlunun ilk belə bahalı əyləncəsi deyil. Özünün 5 milyon avroluq yaxtası ilə Xəzərdə ?avtoşluq? etməsi ilə bu yayın əvvəlində gündəmə gələn Anar Məmmədov istirahət mövsümü başa çatmamış daha bir neçə səs-küylü əyləncəsi ilə diqqətləri özünə cəlb eləmişdi. Qəbələdəki restoranda (bu obyektin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir) ekzotika xatirinə saxlanan ayını 1 milyon manat ödəməklə kəsdirib kabab çəkdirməsi isə onun ərköyünlük və bədxərclik ?bioqrafiyası?na qızıl hərflərlə yazılan hadisə oldu. Ümumiyyətlə isə Anar Məmmədov mətbuat tərəfindən ?pleyboy? adına layiq görülən şəxs kimi ?məşhurdur?. Onun adı bundan əvvəl də türk müğənnisi Ebru Polada dəyəri 35 min avro olan və timsah dərisindən hazırlanan əl çantası hədiyyə etməsi ilə dillər əzbəri olmuşdu. Bu deyilənlərdən belə görünür ki, ölkə ictimaiyyəti nazir oğlunun növbəti belə əməllərinin şahidi olmaq şanslarını hələ də saxlayır...

Digər xəbərlər
SON XƏBƏRLƏR