Azərbaycan-Norveç skautlarının birgə yürüzü müvəffəqiyyətlə baza çatıb

img

09-08-2010 [07:06]


Quba rayonunun Qrız-Dəhnə kəndində başlayan Azərbaycan-Norveç skautlarının birgə yürüşü müvəffəqiyyətlə başa çatırılıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iştirakçılar yüksək əhval-ruhiyyə ilə təəssüratlarını dostları ilə bölüşmək üçün Bakıya qayıdıblar. Yürüş həm Norveçdən gələn skautlar, həm də yerli idmançılar üçün yenilik olub. Yürüşün birinci gününün tapşırığı kifayət qədər çətin olsa da, qarşıya qoyulan məqsədə nail olunub. Alpçəmənlik ilə şaquli xətt üzrə 900 metr yüksəklik yığaraq yaylaya qalxma tapşırığı uğurla icra edilib. Təcrübəsizliyə baxmayaraq bütün uşaqlar sınaqdan ?əla? göstərici ilə çıxıblar və saat 11-də plan üzrə ilk düşərgə salınıb. Yürüş çərçivəsində Qrızın cavanları ilə futbol üzrə yoldaşlıq oyunu da təşkil olunub. Norveçlilər hədiyyə olaraq uşaqlara futbol topları bağışlayıblar. Yürüş 6 gün davam edib və Quba rayonunun Qrız-Dəhnə kəndində başa çatdırılıb. Xatırladaq ki, sözügedən dağ yürüşü hər kəsin həyatında ilk dəfə idi təşkil olunurdu. İştirakçılar əvvəlcədən Azərbaycan dağlarında heyranedici dağ silsilələri, dərin dərələr, saf çaylar və buz sulu şəlalələri görəcəklərini zənn etmədiklərini ifadə ediblər. Qeyd edək ki, yürüş haqqında məlumatlar və fotoşəkillərlə daha ətraflı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi internet səhifəsi olan www.fairex.az saytında tanış olmaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA