KXCP-dən AXCP sədri Əli Kərimliyə qarzı sərt ittihamlar

img

09-08-2010 [05:00]


[b]"AXCP sədrinin öz lideri Əbülfəz Elçibəyə bu hakimiyyətin tapşırığı və pulu ilə etdiyi xəyanətlərə də toxunmurduq, amma toxunacağıq, sənədləri çıxaracayıq"[/b] ?Fuad Qəhrəmanlı cəmiyyəti o qədər aldadıb ki, o qədər yalan danışır, artıq nə danışdığının fərqində deyil. O, AXCP-Müsavat mitinqilə bağlı informasiya verir tamamilə yalan danışır. Fuad Qəhramanlı bunu on dəfələrlə mətbuatda təkrarlayır, biz isə abrımıza qısılıb otururuq deyirik ki seçki vaxtıdır, cavandır yalan danışır, qoy danışsın. Amma o ucun alıb gedir ucuzluğa. Və fikirləşirsən ki gərək abır-həya olsun da. Ona görə məcbursan buna cavab verəsən?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə KXCP sədrinin müavini Bəybəla Əbil AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Mirmahmud Mirəlioğlunun ünvanına səsləndirdiyi ittihamlara cvab verərkən deyib. KXCP yetkilisi bildirib ki, mitinqin Müsavat və AXCP tərəfindən təşkil olunmasın yalandır: ?Amma AXCP-nin buna dəxli yoxdur. Mitinqin təşkili bağlı Müsavat partiyasından və DUİ, DUİ-nin adından isə KXCP-dən iki nəfər Müsavat partiyasından üç nəfər Bakı Şəhər İCRA Hakimiyyətinə rəsmi şəkildə müraciət edib. AXCP isə sonradan öz xəttilə müraciət edib. Mitinqə bir gün qalmış Bakı Şəhər polis idarəsinin rəis müavini general Yaşar Əliyev müraciət edən adamları dəvət edib Bakı Şəhər Baş Polis idarəsinə. Həmin görüşdə hər üç qurumdan nümayəndə iştirak edib. Fuad Qəhrəmanlı bunları bilir, təxminən 10 günə yaxındır ki, yalandan qışqırır. Ağzına gələni danışır. Sənin nə ixtiyarın var ki, cəmiyyətə bu qədər yalan danışasan. O bilir ki, bu müraciət Müsavat və KXCP tərəfindən olub. Mətbuatda deyəndə ki, Müsavat və AXCP təşkil edib bunun heç də Fuada aidiyyatı yoxdur, heç AXCP-yə də aidiyyatı yoxdur. Bu mitinqi Müsavat və AXCP-nin təşkilatçılığı ilkə qələmə verirlər. Mirmahmud ağa deyir ki, bu mitinqi Müsavat və DUİ təşkil edib. Həqiqəti demək lazımdır. Fuad Qəhrəmanlı düşüb ortalığa. Xatırlatmaq istiyirəm Mirmahmud Mirəlioğlu şükür allaha ki, bu günkü AXCP-nin sədri deyil. Fuad Qəhrəmanlı bilir ki, Mirmahmud Mirəlioğlu Allahını tanıyan adamdır, amma müxtəlif adlar qoyur. Amma bu qoyduğu adlar milli dəyərlərimizin içərisində yad adlardır. Hakiumiyyətin Fuad Qəhrəmanlının liderinə qoyduğu adlar isə tamam hər şeydən uzaq adlardır. Biz belə adları hallandırmırıq, hallandırmaq fikrimiz də yoxdur. Biz Fuad Qəhrəmanlının liderini öz lideri Əbülfəz Elçibəyə bu hakimiyyətin tapşırığı və pulu ilə etdiyi xəyanətlərə də toxunmurduq. Amma toxunacağıq, sənədləri çıxarıb çap edib Azərbaycana göstərəcəyik. Çünki AXCP-nin bununla bağlı xüsusi komissiyası olub. Komissiya sənədlər toplayıb Əli Kərimlinin başçılığı altında Əbülfəz Elçibəyə və Xalq Cəbhəsinə, Xalq hərəkatına qarşı olan xəyanət kompaniyasını sənədləşdirib. Bir kitab şəklində ortaya qoyub. O sənədləri bu günkü mətbuatda çap etsək, gərək onda Əli Kərimli ölkədən çıxa. Biz bunu istəmirik. Çünki Əli Kərimlinin uzun illər işlədiyi bu hakimiyyətlə dava aparırıq. Ona görə bu məsələlərə toxunmuruq. Bir neçə aydır bu dəstənin apardığı kompaniyaya qarşı dözümlü oluruq. Çalkışacağıq ki, bu istiqamətdə bir də addım atsalar, onların yerini göstərək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA